Türkiyədə siqaret alarkən şəxsiyyət vəsiqəsinin tələb olunması planlaşdırılır.
Modern.az xəbər verir ki, səhiyyə naziri Kemal Memişoğlu yeni qaydanın tütün istifadəsinə qarşı mübarizə çərçivəsində tətbiq ediləcəyini bildirib.
Nazirin sözlərinə görə, müvafiq qanun layihəsinin bir neçə həftə ərzində parlamentə təqdim edilməsi nəzərdə tutulur.
Təklifin məqsədi siqaret satışına nəzarəti gücləndirmək və yetkinlik yaşına çatmayanların tütün məhsullarına çıxışını məhdudlaşdırmaqdır.