Modern.az

Rusiyaya qarşı sanksiyaların yumşaldılmasını müzakirə etdilər

Rusiyaya qarşı sanksiyaların yumşaldılmasını müzakirə etdilər

Dünya

Bu gün, 19:18

Ukrayna Prezidenti Volodimir Zelenski fransalı həmkarı Emmanuel Makronla telefon danışığı aparıb.

Modern.az xəbər verir ki, bu barədə Zelenski teleqram kanalında məlumat verib.

Tərəflər Rusiya neft məhsullarına qarşı sanksiyaların yumşaldılması ilə bağlı problemləri, eləcə də Ukrayna və Fransa nümayəndələrinin görüşünə hazırlıq məsələlərini müzakirə ediblər.

Zelenski söhbətin Kiyevin ballistik raketlərlə vurulduğu vaxt baş tutduğunu bildirib.

Yelisey sarayı da həmin telefon danışığı barədə məlumat yayıb. Lakin "Le Monde" qəzetinin qeyd etdiyinə görə, Makronun açıqlamasında Tramp və Putin arasında dizel yanacağı ilə bağlı razılaşmadan bəhs edilməyib.

Bununla yanaşı, açıqlamada bildirilir ki, Makron Ukraynaya endirilən zərbələr fonunda Zelenski ilə həmrəy olduğunu ifadə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Zelenski özündən çıxdı - Putinə görə Trampa ağır sözlər