27 Oktyabr 2021, 14:53 | Ana Səhifə - Yazılar - Bir millət, iki dövlət olmağın verdiyi ortaq şüur və ruhla atılan tarixi addımlar
Bir millət, iki dövlət olmağın verdiyi ortaq şüur və ruhla atılan tarixi addımlar

Elman Babayev

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın son bir ildə Qarabağa ikinci səfəri baş tutdu. Cəmi 8 aya inşa olunmuş Füzuli Beynəlxalq Hava Limanının açılışı, Zəngəzur dəhlizinin-Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun, Zəngilan rayonunda “Dost Aqropark”ın təməllərinin qoyulması, Zəngilanda “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanışlıq səfərin ən qürurverici anları kimi tarixə həkk olundu.


Türkiyə Prezidentinin Qarabağa gerçəkləşən növbəti səfəri həm də qardaş ölkənin Azərbaycana siyasi və mənəvi dəstəyinin növbəti nümayişi, işğaldan azad olunan bölgədən Türkiyəyə, Avropaya uzanacaq kommunikasiya xətləri ilə bağlı layihələrə açıq dəstəyi idi.


İkinci Qarabağ savaşında Azərbaycana böyük siyasi və mənəvi dəstək verən Türkiyənin bu gün quruculuq, bərpa dövründə yenə də bizimlə bərabər olması olduqca vacib məqamdır. Çünki bölgədə yaranan yeni reallığı həzm etmək istəməyən qüvvələr var və onların açıq və gizli həmlələri göz önündədir. Belə bir məqamda həyata keçirdiyi müstəqil və qətiyyətli siyasət nəticəsində qlobal güc amilinə çevrilən Türkiyənin Azərbaycana dəstəyinin davam etməsi xüsusi əhəmiyyətə malikdir. Türkiyə Prezidentinin indiki məqamda Qarabağa ikinci səfəri əsl qardaşlıq, dostluq nümunəsi olmaqla, bütün dünyaya bir mesaj idi: artıq bütün dünyada prinsipial, cəsarətli, düşünülmüş siyasət yürüdən ölkələr kimi tanınan, qəbul edilən Azərbaycan və Türkiyə yenə də bir yerdədir və bölgə ilə bağlı mühüm layihələri birgə həyata keçirəcək!


Vurğulamaq vacibdir ki, səfər bir sıra ilklərlə tarixdə yerini aldı. Bunlardan biri Türkiyə Prezidentinin ilk xarici dövlət başçısı kimi Füzuli Hava Limanında qarşılanması idi. Bu, Türkiyə dövlət rəhbərinə olan hörmətin, rəğbətin, iki ölkə arasındakı birliyin, dostluq, qardaşlıq münasibətlərinin göstəricisidir. Eyni zamanda, Azərbaycan Liderinin müharibə zamanı bizim yanımızda olan dövlətlərin, xüsusən qardaş ölkə olan Türkiyənin xidmətlərinin xalqımız tərəfindən heç zaman unudulmayacağı barədə vədinə sadiqliyinin nümayişidir. Bu baxımdan Azərbaycan Prezidenti bəyanatında bütün işlərdə, o cümlədən işğaldan azad edilmiş torpaqlarda gedən quruculuq, bərpa işlərində də Türkiyə ilə çiyin-çiyinə bir yerdə irəlilədiyimizi xüsusi qeyd etdi: “Həm Şuşada, həm də bu gün Zəngilanda rəsmi mərasimlərin keçirilməsi, Türkiyə və Azərbaycanın Dövlət himnlərinin səslənməsi, bizim birgə addımlarımız tarixdə əbədi qalacaq. Bu tarixi biz birlikdə yazırıq. Necə ki, bütün müharibə dövrü ərzində birlikdə idik, bu gün də bir yerdəyik”.


Səfər şərçivəsində imza atılan digər bir ilk Zəngilan dəhlizi ilə bağlı məqam idi. Belə ki, bütün Türk dünyasını birləşdirəcək Zəngəzur dəhlizinin gerçəkləşməsi üçün ilk əməli addım atıldı və başlanğıc yolun bünövrəsi qoyuldu. Bu, həm də yeni bir tarixin start nöqtəsidir. Hər iki Lider açıqlamalarında Zəngəzur dəhlizi ilə bağlı məsələnin üzərində ayrıca dayandı və bütün dünyaya bu dəhlizin açılacağı ilə bağlı mühüm mesajlar çatdırdı.


Prezident İlham Əliyev: “Bu gün Əziz qardaşımla və qonaqlarla birlikdə böyük avtomobil yolunun təməlini qoyduq. Bu avtomobil yolu da Zəngəzur dəhlizinin bir hissəsidir. Bu avtomobil yolunun və dəmir yolunun çəkilişi nəticəsində biz istədiyimizə nail olacağıq”.


Prezident Rəcəb Tayyib Ərdoğan: “Bu coğrafiyadan keçəcək torpaq yollar və dəmir yolu xətləri təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütün bölgə ölkələri üçün iqtisadi və ticari fürsətlər yaradacaq. Gün gələcək Zəngəzurdan çıxıb İstanbula qədər gedə biləcəyik, İğdıra, Qarsa gedə biləcəyik və bölgənin tranzit, logistika mərkəzinə çevrilmə imkanı möhkəmlənəcək. Bu inkişafdan İran, Gürcüstan, Ermənistan da daxil olmaqla Azərbaycanın bütün qonşuları istifadə edəcəklər. Bir sözlə, bu layihələr kənarlaşdırıcı deyil, əhatəedicidir”.



Azərbaycan və Türkiyə Liderlərinin mətbuata bəyanatlarında yer alan önəmli məqamlardan biri də “Şuşa Bəyannaməsi” ilə bağlı məsələdir. Prezident İlham Əliyev dörd ay bundan əvvəl Türkiyə Prezidenti ilə birgə Şuşa şəhərində imzalanan Bəyannaməni önə çəkərək, bu sənədin tarixi əlaqələrimizi rəsmən müttəfiqlik səviyyəsinə qaldırdığını vurğuladı. Bu sıradan bir xatırlatma deyildi. İki qardaş ölkə arasında gələcək əlaqələrin yol xəritəsi kimi mühüm əhəmiyyətə malik olan Bəyannamə ayrılmaz tellərlə bir-birinə bağlı olan iki Türk dövlətinin gələcək üçün fəaliyyət planı, taleyüklü məsələlərdə necə davranmağı müəyyən edən hüquqi çəkisi olan sənəddir. Azərbaycan Prezidenti çıxışında bu tarixi sənədi yada salmaqla, iki qardaş ölkənin bu gün əlaqələrinin məhz həmin Bəyannaməyə uyğun yürüdüyünü və daima belə olacağını vurğulamış oldu. Türkiyə Prezidenti də öz açıqlamasında Bəyannamə üzərində dayandı və önəmli vurğu etdi: “Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə çatdırdığımız əlaqələrimizi daha necə inkişaf etdirə biləcəyimizi müzakirə etdik. Bir millət, iki dövlət olmağın verdiyi ortaq şüur və ruhla hərəkət edirik”.


Prezident Ərdoğanın bəyanatında bölgənin gələcəyi ilə bağlı səsləndirdiyi fikirlər də diqqətdən yayınmamalıdır. Bu mövqe Azərbaycan Prezidentinin müharibədən sonra sərgilədiyi mövqe ilə tam uyğunluq təşkil edir. “Biz bölgədə davamlı sülhün və əhatəli normallaşmanın tərəfdarıyıq. Bu coğrafiyadan keçəcək torpaq yollar və dəmir yolu xətləri təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütün bölgə ölkələri üçün iqtisadi və ticari fürsətlər yaradacaq”-deyən Ərdoğan Ermənistanla münasibətlərin normallaşmasının mümkünlüyünü bildirdi: “Bu məsələlərdə Ermənistan Azərbaycan ilə problemlərini həll etmək istiqamətində səmimi bir iradə göstərməlidir. Əgər Azərbaycan ilə bağlı səmimi iradə ortaya qoyarsa, Türkiyənin Ermənistan ilə əlaqələrinin də normallaşması üçün bir maneə qalmayacaq. Bütün bölgə üçün birlikdə qurulacaq firavan gələcəyi kiçik hesablara və daxili siyasətə qurban vermək vaxt itkisi mənasına gələcək. Dünyanın bu gözəl bölgəsində sülh içində yaşanacaq parlaq bir gələcək, əlbəttə ki, mümkündür. Türkiyənin də davamlı sülhün yaradılması istiqamətində atılacaq hər müsbət addımın qarşılığını eyni konstruktiv anlayışla verəcəyini bir daha xüsusi vurğulayıram”.


Beləliklə, 2021-ci ilin 26 oktyabrında Qarabağda və Şərqi Zəngəzurda iki Türk Liderinin yazdığı tarix həm də bölgənin gələcəyini şəkilləndirdi. Eyni zamanda, Azərbaycan-Türkiyə birliyinin dostluq, qardaşlıq və müttəfiqliyin rəmzinə çevrilməsi yenidən nümayiş olundu.


Hər iki Türk Liderinin iştirakı ilə yaşanan açılışılar bir daha Ermənistanın regiona fəlakət gətirən dağıdıcılıq siyasətini, vaxtilə işğal altında olan Azərbaycan ərazilərində faciəvi durum yaratdığını, Azərbaycanın isə işğaldan azad olunmuş ərazilərdə qısa müddətdə quruculuq missiyasını, bölgəyə sülh, inkişaf və tərəqqi gətirdiyini bütün dünyaya göstərdi.

MÜƏLLİFİN DİGƏR YAZILARI
Qazaxıstan Atom Elektrik Stansiyası tikəcək - Nazarbayev 3 Dekabr 2021, 17:45 Azərbaycanlı şərqşünasın Mehriban Əliyeva haqqında məqaləsi ərəb KİV-lərində gündəm olub 3 Dekabr 2021, 17:40 Nazir ATƏT-in baş katibi ilə üçtərəfli bəyanatları müzakirə etdi 3 Dekabr 2021, 17:34 “Azəriqaz”dan jurnalistlər üçün növbəti “Açıq qapı” AKSİYASI 3 Dekabr 2021, 17:30 Dollar yeni həftəyə belə başlayacaq 3 Dekabr 2021, 17:25 Marallarda koronavirus aşkarlandı 3 Dekabr 2021, 17:20 "YAŞAT"a daxil olan vəsait MƏBLƏĞİ 3 Dekabr 2021, 17:15 Qarabağa gedən yollarda niyə postlar qurulub? - DİN AÇIQLADI 3 Dekabr 2021, 17:10 ADU-də “Bir günlük xəlifə”lər seçilib 3 Dekabr 2021, 17:06 COVID xəstəsi saxlanıldı 3 Dekabr 2021, 17:03 “AzerGold”dan tender qalmaqalı ilə bağlı AÇIQLAMA 3 Dekabr 2021, 17:00 Əfqanıstanda qadını zorla ərə vermək qadağan olundu 3 Dekabr 2021, 16:57 DİM vətəndaşlara müraciət etdi 3 Dekabr 2021, 16:53 ABB “İlin bankı” oldu 3 Dekabr 2021, 16:50 Mina axtarışında ilk dəfə itlərdən istifadə olundu 3 Dekabr 2021, 16:46 Ceyhun Bayramov ATƏT-in media azadlığı üzrə nümayəndəsi ilə görüşüb 3 Dekabr 2021, 16:43 Azərbaycan və Ermənistan arasında vəziyyət həssas olaraq qalmaqdadır  3 Dekabr 2021, 16:40 UNEC İqtisadi Forumu: “Postpandemiya dövründə biznes transformasiyası” 3 Dekabr 2021, 16:35 Xaricdə alınan 67 diplom TANINMADI 3 Dekabr 2021, 16:30 Qubada əl qumbarası tapılıb 3 Dekabr 2021, 16:26 Lirə rekord həddə ucuzlaşdı 3 Dekabr 2021, 16:21 Azərbaycan və Ukrayna XİN başçılarının görüşü olub 3 Dekabr 2021, 16:16 Narkotik satanlar saxlanıldı 3 Dekabr 2021, 16:10 NATO-nun Mobil təlim qrupu Azərbaycanda 3 Dekabr 2021, 16:05 2 ölkə nazirləri görüşdü 3 Dekabr 2021, 16:00 “Tofiq Yaqubluya edilən zorakılığı təxribat hesab edirəm” 3 Dekabr 2021, 15:54 “Addım-addım Vətən”nin BAĞLANIŞI 3 Dekabr 2021, 15:48 Qarabağa mal-qaranın köçürülməsinə hazırlıqlar gedir 3 Dekabr 2021, 15:42 Türkiyə-Azərbaycan birgə universitetin fəaliyyət istiqamətləri AÇIQLANDI 3 Dekabr 2021, 15:36 Kəlbəcərin Tutxun təzahüründə geoloji-axtarış işlərinə başlanılıb - Nazir 3 Dekabr 2021, 15:30 “Pensiya ilə yanaşı, müavinətlər də artacaq” 3 Dekabr 2021, 15:24 Füzulidə karantin nöqtələri yaradılacaq 3 Dekabr 2021, 15:18 Avtomobildən 10 min manatdan artıq pul oğurlandı - VİDEO 3 Dekabr 2021, 15:12 “Elə bil ki, dünyanın başı xarab olub” - Prezidentin müşaviri ilə MÜSAHİBƏ - II HİSSƏ 3 Dekabr 2021, 15:06 Hərbçimizə hücum edən erməni zərərsizləşdirildi 3 Dekabr 2021, 15:00
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?