Modern.az

Avropa Birliyi Türkiyə ilə viza rejiminin sadələşdirilməsinə başladı

Avropa Birliyi Türkiyə ilə viza rejiminin sadələşdirilməsinə başladı

Dünya

12 May 2016, 10:50

Avropa Birliyi Türkiyə ilə vizasız rejiminin qanunverici əsaslandırılmasına start verib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Avropa Komissiyasının təklifi ilə ekspertlər artıq məsələnin qanuni əsaslarını gözdən keçirməyə başlayıblar.

Bundan əvvəl, Avropa parlamentinin sədri Martin Şults qurumun Türkiyəni yalnız 5 şərti yerinə yetirdikdən – korrupsiyaya qarşı effektiv mübarizə addımları atdıqdan, Avropolla operativ müqavilə imzaladıqdan, üzv ölkələrlə səmərəli məhkəmə əməkdaşlığı apardıqdan, ölkə daxilində insanların şəxsi məlumatlarının qorunması barədə qərar verdikdən və terrorizmlə mübarizə haqqında qanuna dəyişiklik etdikdən sonra Brüssellə vizasız rejim haqda müqavilə imzalaya biləcəyini demişdi.

Lakin Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ölkənin terrorla mübarizə qaydalarının dəyişməz qalacağını elan etmişdi.  

Vüqar İsmayılov

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı