Modern.az

İstanbul küçələrində jandarma şir axtarır

İstanbul küçələrində jandarma şir axtarır

Dünya

Bu gün, 16:37

İstanbulun Sarıyer rayonunda şir görüldüyü barədə məlumatdan sonra axtarış başlayıb.

Modern.az TRT Haber-ə istinadən xəbər verir ki, noyabrın 22-də axşam saatlarında Uskumruköy məhəlləsində dişi şir görüldüyü barədə jandarma məlumat daxil olub. Təhlükəsizlik kameralarının görüntülərini araşdıran əməkdaşlar dişi şirə bənzəyən heyvan aşkarlayıblar. 

Axtarışlar bu səhər intensivləşdirilib. Jandarm və bələdiyyə əməkdaşları heyvanı canlı tutmağa çalışırlar. Onun ola biləcəyi meşəlik ərazidə və yaxınlıqdakı villaların ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib. Əraziyə giriş-çıxış nəzarətə götürülüb, sakinlərə ehtiyatlı olmaq barədə xəbərdarlıq edilib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Zəngəzurla bağlı təcili xəbər! Dəhliz açılır - Proses başladı