Modern.az

Gürcüstan Prezidenti 232 nəfəri əfv edib

Gürcüstan Prezidenti 232 nəfəri əfv edib

Dünya

Bu gün, 08:53

Gürcüstan Prezidenti Mixail Kavelaşvili Müqəddəs Georgi Günü münasibətilə 232 nəfəri əfv edib.

Modern.az xəbər verir ki, bu barədə Gürcüstanın Birinci Kanalı dövlət başçısının administrasiyasına istinadən məlumat yayıb.

Əfv qərarı azadlıqdan məhrumetmə cəzası çəkən 216 nəfərə, həmçinin həbs cəzası ilə əlaqəli olmayan digər cəzalara məhkum edilmiş 16 nəfərə şamil olunub.

Gürcüstan Prezidentinin Administrasiyasından bildirilib ki, qərar dövlət başçısının konstitusion səlahiyyətləri çərçivəsində qəbul edilib və humanizm prinsiplərinə, eləcə də dövlət maraqlarına əsaslanır

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Putinin ordusu NATO ərazisini vurdu - Avropaya şok zərbə