Modern.az

Sarkisyan hökumət iqamətgahını tərk etdi

Sarkisyan hökumət iqamətgahını tərk etdi

Dünya

31 Oktyabr 2018, 15:24

Ermənistanın sabiq prezidenti Serj Sarkisyan artıq hökumət iqamətgahını tərk edib.

 

Modern.az Ermənistanın KİV-nə istinadən xəbər verir ki, keçmiş prezident Sarkisyan ailə üzvləri ilə birlikdə Kotayk vilayətinin Dzoraxpyur kəndində öz kürəkəni Mikael Minasyana məxsus malikanəyə köçüb.

 

Xatırladaq ki, bundan əvvəl, Paşinyanın mətbuat katibi Arman Yeqiyan Sarkisyanın hökumətin yaşayış kompleksini tərk edəcəyini açıqlamışdı. O, keçmiş prezidentə statusuna uyğun olaraq daimi yaşayışı üçün 10 fərqli malikanənin təqdim olunduğunu, amma təkliflərin hamısının geri çevrildiyini xatırlatmışdı.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı