Modern.az

Kəlbəcərdə ər-arvad qəzaya düşdü - Ölən var

Kəlbəcərdə ər-arvad qəzaya düşdü - Ölən var

Hadisə

Bu gün, 02:19

Kəlbəcər-İstisu avtomobil yolunun Kəlbəcər şəhəri ərazisindən keçən hissəsində ağır qəza baş verib.

Modern.az “Qafqazinfo” saytına istinadən xəbər verir ki, Kəlbəcər şəhər sakini 1967-ci il təvəllüdlü Bilal Nuriyevin idarə etdiyi “KİA” markalı avtomobil yoldan çıxaraq divara çırpılıb.

Nəticədə adıçəkilən sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Onun həyat yoldaşı, Kəlbəcər şəhər sakini, 1975-ci il təvəllüdlü Əminə Nuriyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrana misli görülməmiş hücum - Hazırlıqlar başladı!