Modern.az

Qırğızıstan lideri Rusiyada səfərdədir 

Qırğızıstan lideri Rusiyada səfərdədir 

Dünya

7 May 2023, 22:35

Qırğızıstan prezidenti Sadır Japarov Moskvaya səfər edib.

 

Modern.az xəbər verir ki, bu barədə Qırğızıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.

 

Səfər çərçivəsində Japarov Rusiya prezident Vladimir Putinlə danışıqlar aparacaq, həmçinin mayın 9-da Qırmızı Meydandakı Qələbə Paradında iştirak edəcək.

 

Vladimir Putin və Sadır Japarov Rusiya ilə Qırğızıstan arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivlərini, həmçinin ikitərəfli və çoxtərəfli məsələləri müzakirə edəcəklər. 

 

“Vedomosti”nin məlumatına görə, Moskvada keçiriləcək Qələbə bayramında yeganə xarici lider Japarov olacaq. Tacikistan prezidenti Emoməli Rəhmona da dəvət göndərilib, ancaq o, parada qatılmaqdan imtina edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV