Modern.az

Qəzzaya qurudan hücuma hazırlaşırıq - Netanyahu

Qəzzaya qurudan hücuma hazırlaşırıq - Netanyahu

Dünya

26 Oktyabr 2023, 00:12

İsrailin baş naziri Benyamin Netanyahu ordunun quru əməliyyatına hazırlaşdığını bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə o, xalqa müraciəti zamanı danışıb.

 

Netanyahu əməliyyatın dəqiq nə vaxt başlayacağını açıqlamayıb. Onun sözlərinə görə, əməliyyatla bağlı qərar komandanlıq tərəfindən yekdilliklə qəbul edilib.

 

“Biz qurudan hücuma hazırlaşırıq. Nə vaxt, necə və nə qədər olduğunu dəqiqləşdirməyəcəyəm. Əksəriyyəti ictimaiyyətin bilmədiyi bir sıra mülahizələri də təfərrüatlı açıqlamayacağam. Və belə də olmalıdır. Bu, bizim əsgərlərimizin həyatını qorumağın yoludur”, - Netanyahu vurğulayıb.

 

O, həmçinin qeyd edib ki, İsrail ordusunun məqsədi HƏMAS qruplaşmasını məhv etmək və girovları geri qaytarmaqdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!