Modern.az

Putin zərbələrə cavab veriləcəyini dedi

Putin zərbələrə cavab veriləcəyini dedi

Dünya

Bu gün, 22:19

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Rusiyadakı neft emalı zavodlarına, logistika və enerji obyektlərinə endirdiyi zərbələrə cavab veriləcəyini bəyan edib.

Modern.az xəbər verir ki, Putin bu barədə “İşgüzar Rusiya” təşkilatının forumunda çıxışı zamanı danışıb.

Rusiya lideri bildirib ki, Kiyev onlayn ticarət platformalarına (marketpleyslərə) və digər obyektlərə hücumlara başlamazdan əvvəl bunun nəticələrini düşünməli idi.

“Onlar başladılar, biz isə cavab verməyə başladıq. Ümumiyyətlə, buna başlamaq lazım deyildi”, – deyə Putin vurğulayıb.

Rusiya Prezidenti Ukrayna Silahlı Qüvvələrinin son dövrlərdə Rusiyanın neft emalı zavodlarına endirdiyi zərbələrə də münasibət bildirib.

Onun sözlərinə görə, həmin hücumlar Rusiya neft emalı sənayesinə ciddi ziyan vurmayıb.

Putin Moskvanın enerji və logistika infrastrukturlarına qarşı hücumlara cavab tədbirlərini davam etdirəcəyini qeyd edib.

Sizə yeni x var
Keçid et
Bakıya hücumlar pik həddə çatdı - Türkiyədə nə baş verir?