Modern.az

Paşinyan Rusiya ilə bağlı daha bir iclasdan İMTİNA ETDİ

Paşinyan Rusiya ilə bağlı daha bir iclasdan İMTİNA ETDİ

Dünya

26 Oktyabr 2023, 12:00

Ermənistanın baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqı və MDB hökumətlərarası şuralarının iclaslarının planlaşdırıldığı Bişkekə getməyəcək.

Modern.az xəbər verir ki, həmin görüşlərdə Ermənistanı baş nazirin müavini Mher Qriqoryan təmsil edəcək.

Bu barədə RİA Novosti-yə Qırğızıstan Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Bu gün Bişkekdə Avrasiya İqtisadi İttifaqı və MDB hökumətlərarası şuralarının iclasları keçiriləcək.

Bu tədbirlərdə Rusiyanı baş nazir Mixail Mişustin təmsil edəcək.

Qeyd edək ki, tədbirdə Azərbaycanı baş nazirin müavini Şahin Mustafayev təmsil edəcək. 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!