Modern.az

Rusiya TRIPP layihəsində iştirak etmək istəyir - Lavrov 

Rusiya TRIPP layihəsində iştirak etmək istəyir - Lavrov 

Ölkə

Bu gün, 21:03

Rusiya indiyədək TRIPP layihəsində iştirakla bağlı heç bir rəsmi müraciət almayıb.

Modern.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfərinin yekunları ilə bağlı jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Moskvanın regionda həyata keçirilən infrastruktur layihələrində iştirak etmək imkanları və buna hazırlığı bütün maraqlı tərəflərə məlumdur.

“TRIPP layihəsində iştirakla bağlı hələlik bizə heç bir müraciət daxil olmayıb. Lakin Rusiyanın imkanları və infrastruktur layihələrində iştirak etməyə hazır olması hər kəsə məlumdur”, – deyə Lavrov vurğulayıb.

Qeyd edək ki, TRIPP (“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”) Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan ərazisindən keçən nəqliyyat bağlantısının yaradılmasını nəzərdə tutur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıya hücumlar pik həddə çatdı - Türkiyədə nə baş verir?