Modern.az

Ərdoğan Roma Papası ilə bu məsələlərdən DANIŞDI

Ərdoğan Roma Papası ilə bu məsələlərdən DANIŞDI

Dünya

26 Oktyabr 2023, 12:57

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Roma Papası Fransisklə telefonla danışıb.

 

Modern.az “Anadolu” Agentliyinə istinadən xəbər verir ki, danışıq zamanı İsrail-Fələstin münaqişəsi və regionda getdikcə daha ciddi vüsət alan insan hüquqları pozuntuları müzakirə edilib.

 

Prezident Ərdoğan Papa Fransiskə İsrailin Qəzzaya qarşı heç bir müqəddəs mətndə yeri olmayan hücumlarının qırğın səviyyəsinə çatdığını bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır