Modern.az

Bu ölkə Ukraynaya hərbi yardımdan imtina etdi

Bu ölkə Ukraynaya hərbi yardımdan imtina etdi

Dünya

26 Oktyabr 2023, 13:32

Bu gündən etibarən Slovakiya Ukraynaya hərbi yardım göndərməyəcək.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Robert Fiko deyib.

 

Fiko vurğulayıb ki, Slovakiya bundan sonra Ukrayna tərəfinə heç bir silah ötürməyəcək. Eyni zamanda o qeyd edib ki, Bratislava Kiyevə humanitar və vətəndaş dəstəyi dəstəkləyir.

 

"Biz Ukraynaya humanitar və mülki yardımı dəstəkləyirik - bu mənim hökumətimin rəsmi siyasəti olacaq. Biz Ukraynanı heç bir silahla təmin etməyəcəyik", - Slovakiyanın baş naziri yekunlaşdırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!