Modern.az

İrəvanda Ağsaqqallar Şurası merin müavinlərini təyin etdi

İrəvanda Ağsaqqallar Şurası merin müavinlərini təyin etdi

Dünya

26 Oktyabr 2023, 16:18

Bu gün İrəvan Ağsaqqallar Şurasının növbədənkənar iclasında mer müavinləri təyin edilib, fraksiya rəhbərləri seçilib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, keçmiş fövqəladə hallar naziri, hakim “Mülki  müqavilə” partiyasının üzvü Armen Pambuxçyan İrəvan merinin birinci müavini, keçmiş merin səlahiyyətlərini icra edən Levon Hovhannisyan ikinci müavin təyin edilib.

Merin müavini Suren Qriqoryan öz vəzifəsində saxlanılıb. Merin müavini təyin olunana qədər Qriqoryan ədliyyə nazirinin müavini olub.

Sarkis Mədətyan “Respublika” fraksiyasından mer müavini təyin edilib.

Bələdiyyə sədrinin bütün müavinlərinin təyin edilməsi ilə bağlı səsvermə zamanı zalda iştirak edən “İctimai səs” fraksiyasının beş üzvü bitərəf qalıb.

Ağsaqqallar Şurasına daxil olan fraksiyaların rəhbərləri də seçilib.

Armen Qalcyan “Mülki müqavilə” fraksiyasının rəhbəri, Nuard Vardanyan isə katib seçilib.

Aram Torosyan “Milli tərəqqi” fraksiyasının rəhbəri, İzabella Abqaryan isə katib seçilib.

Ani Xaçatryan “Respublika” fraksiyasının rəhbəri, Mher Becanyan isə katib seçilib.

Vahan Avakyan “İctimai səs” fraksiyasının rəhbəri, Vahe Yesayan isə katib seçilib.


“Milli tərəqqi” fraksiyası “İctimai səs” fraksiyasını mer müavinlərinin təyinatı ilə bağlı səsvermədə iştirak etməməyə çağırıb və zalı tərk edib. Görüşdə Hayk Marutyan iştirak etməyib.

“İctimai səs” fraksiyasının cavabı belə olub: “Bizə dərs verməyin, siz tamaşa hazırlayıb zalı tərk edirsiniz”.

İzabella Abqaryan buna cavab olaraq qeyd edib ki, “zaldan getməyin siyasi aksiya olduğunu başa düşmək üçün kifayət qədər siyasi təcrübə yoxdur”.

İclasda Ağsaqqallar Şurasının 65 üzvündən 48-i iştirak edib.

İclasda müxalifətin “Ana Ermənistan” fraksiyası iştirak etməyib.

İrəvan meri Tiqran Avinyanın qərarı ilə inzibati rayonların rəhbərləri yenidən təyin olunublar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!