Modern.az

Türkmənistan Prezidenti Türkiyədə səfərdədir

Türkmənistan Prezidenti Türkiyədə səfərdədir

Dünya

26 Oktyabr 2023, 18:00

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Türkiyədə rəsmi səfərdədir.

 

Modern.az xəbər verir ki, hazırda onun rəsmi qarşılanma mərasimi keçirilir.

 

Qarşılanma mərasimindən sonra S.Berdiməhəmmədov həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

 

Liderlər ikitərəfli və çoxtərəfli əməkdaşlıq barədə danışacaq, həmçinin qarşılıqlı maraq doğuran məsələləri müzakirə edəcəklər. Səfər iki gün davam edəcək.

 

Bu, S.Berdiməhəmmədovun Prezident kimi Türkiyəyə ilk rəsmi səfəridir.

 

Qeyd edək ki, Türkmənistanın müstəqilliyini ilk tanıyan ölkə Türkiyə olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!