Ukrayna hakimiyyəti Rusiyaya qarşı ikinci cəbhə açmağa, Qafqaz və Dnestryanı bölgədə müharibəyə səbəb olmağa çalışır.
Modern.az xəbər verir ki, bunu jurnalistlərlə keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Kiyev hələ də, necə deyərlər, Rusiyaya qarşı ikinci cəbhə açmaq arzusundadır. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bu yaxınlarda Gürcüstanı oxşar hərbi əməliyyatlara başlamağa çağıran Zelenskinin ardınca Moldova hakimiyyətinə də analoji çağırış ünvanlayıb”, - Zaxarova bildirib.
Onun sözlərinə görə, Ukrayna “Qafqazda və Dnestryanıda müharibəyə qızışdırır”.
Mariya Zaxarova əlavə edib ki, Kiyevin bu cür hərəkətlərinin arxasında Vaşinqton dayanır.