Modern.az

Rusiya və İran diplomatları "3+3"ü müzakirə etdi

Rusiya və İran diplomatları

Dünya

26 Oktyabr 2023, 21:45

Oktyabrın 26-da Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin İranın xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Əli Baqeri Kyani ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Məlumata görə, görüş zamanı Cənubi Qafqazdakı vəziyyət müzakirə olunub. Regionda vəziyyətin sabitləşdirilməsi üçün çoxtərəfli sazişlərin həyata keçirilməsinin vacibliyi, o cümlədən oktyabrın 23-də Tehranda Cənubi Qafqaz üzrə “3+3” məsləhətçi regional platformasının nazirlər görüşünün nəticələri vurğulanıb.

 

Tərəflər həmçinin Mərkəzi Asiya ilə bağlı aktual məsələlər və Ukrayna münaqişəsi ətrafında fikir mübadiləsi aparıblar.

 

Qarşılıqlı maraq doğuran regional mövzular üzrə təmasların davam etdirilməsi barədə razılıq əldə olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!