Modern.az

Ermənistan Hindistandan yeni silahlar alır

Ermənistan Hindistandan yeni silahlar alır

Dünya

27 Oktyabr 2023, 00:15

Hindistan Ermənistana hərbi texnikanın yeni partiyasını tədarük etməyi planlaşdırır.

 

Modern.az xəbər verir ki, bu barədə Hindistanın "Economic Times" nəşri mənbələrə istinadən məlumat yayıb.

 

Nəşr qeyd edir ki, bir müddət əvvəl Ermənistanın yüksək rütbəli rəsmisi Nyu-Dehlidə olub və bununla bağlı danışıqlar aparıb.

 

Yeni tədarüklərin təfərrüatları məlum deyil.

 

Qeyd edək ki, bundan əvvəl Ermənistan Hindistana raket və artilleriya sistemləri sifariş verib.

Whatsapp
Bizə yazın!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!