Modern.az

Sabiq Baş nazir vəfat etdi

Sabiq Baş nazir vəfat etdi

Dünya

27 Oktyabr 2023, 08:18

Çin sabiq Baş naziri Li Keçyan 68 yaşında Şanxayda ürəktutmasından vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə Çinin rəsmi mətbuatı xəbər yayıb. Bildirilir ki, Şanxayda istirahətdə olan Li Keçyanın səhhəti oktyabrın 26-da qəfildən pisləşib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Qeyd edək ki, Li Keçyan Çin Kommunist Partiyasının 17-ci, 18-ci və 19-cu Mərkəzi Komitəsi Siyasi Bürosunun daimi üzvü olub. O, 2013-cü ilin martından 2023-cü martınadək Çinin Baş naziri vəzifəsini tutub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!