Modern.az

Kamçatkada güclü ZƏLZƏLƏ

Kamçatkada güclü ZƏLZƏLƏ

Dünya

27 Oktyabr 2023, 08:35

Kamçatkanın Komandor adalarının yaxınlığında 6,6 maqnitudalı zəlzələ olub.

 

Modern.az xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Geoloji Xidmətinin Kamçatka filialı məlumat yayıb.

 

Verilənlərə əsasən, zəlzələ 47 km dərinlikdə olub. Seysmohadisənin maqnitudası 6,6-ya bərabər olub. Bildirilib ki, yeraltı təkanların episentri Nikolskoye kəndindən 117 km aralı yerləşib.

 

Rusiyanın Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsinin məlumatına görə, Aleutski bələdiyyə rayonunun ərazisində təkanlar 4 bal gücədək hiss olunub.

 

Tələfat və dağıntının olmadığı diqqətə çatdırılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!