Modern.az

Moskvanın 3 aeroportunda 35 reys gecikib, 8-i ləğv olunub

Moskvanın 3 aeroportunda 35 reys gecikib, 8-i ləğv olunub

Dünya

27 Oktyabr 2023, 09:34

Rusiyanın paytaxtı Moskvanın 3 hava limanında - "Vnukovo", "Domodedovo" və "Şeremetyevo"da 35 reys gecikib.

 

Modern.az "Kommersant"a istinadən xəbər verir ki, daha 8 aviareys ləğv edilib.

 

Bildirilib ki, səbəb bu səhər Moskvaya qar yağmasıdır. Moskva vaxtı ilə saat 7.30-a olan məlumata görə, "Vnukovo"da 11 reys gecikib, ikisi ləğv edilib." Domodedovo"da 16 reys ertələnib, 6-sı ləğv edilib. "Şeremetyevo"da isə 8 reysdə gecikmə yaşanıb.

 

Hidrometeorologiya mərkəzi oktyabrın 27-dən Moskvada şaxta və qar fırtınası olacağını proqnozlaşdırıb. Bu gün paytaxtda temperaturun 0-2° isti (Moskva vilayətində 2°-dən -3°-dək) ​​buludlu olacağı, sulu qar və qar yağacağı gözlənilir. Ötən gecə Moskvanın Yujnoportov rayonunda yolun sürüşkən olması səbəbindən 10 avtomobil toqquşub.

Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!