Modern.az

İsrail ordusu reyd keçirdi - HƏMAS-ın hədəfləri vuruldu

İsrail ordusu reyd keçirdi - HƏMAS-ın hədəfləri vuruldu

Dünya

27 Oktyabr 2023, 11:56

İsrail ordusu Qəzza zolağının mərkəzi hissəsində reyd keçirib.

 

Modern.az BBC-yə istinadən xəbər verir ki, reyd HƏMAS yaraqlılarına qarşı yönəlib.

 

İsrail Müdafiə Qüvvələrinin (IDF) bəyanatında deyilir ki, son 24 saat ərzində HƏMAS-ın onlarla hədəfinə zərbələr endirib.

 

Əməliyyatın sonunda qoşunlar sektoru tərk edib. İsrail hərbçilərinin itkiləri barədə məlumat yoxdur.

 

Qeyd edək ki, 7 oktyabrda başlanan Fələstin-İsrail toqquşmaları nəticəsində hər iki tərəfdən minlərlə insan həyatını itirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!