Modern.az

Qafqazda sülh bu yolla əldə edilə bilər - Mirzoyandan AÇIQLAMA

Qafqazda sülh bu yolla əldə edilə bilər - Mirzoyandan AÇIQLAMA

Dünya

27 Oktyabr 2023, 12:24

"Cənubi Qafqazda sülh Ermənistan və Azərbaycanın ərazi bütövlüyünün qarşılıqlı tanınması, “sonuncu sovet xəritələri” əsasında aparılacaq delimitasiya ilə əldə edilə bilər".

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu fikri Ermənistan XİN rəhbəri Ararat Mirzoyan macarıstanlı həmkarı Peter Siyarto ilə birgə keçirdiyi brifinqdə səsləndirib.

 

Onun sözlərinə görə, sülhün bərqərar olması üçün bütün ölkələrdən təsirli addımlar atılmalı, maksimalist iddialardan imtina edilməlidir.

 

"Əsas prinsiplər artıq Qranada bəyanatında öz əksini tapıb və Ermənistan beynəlxalq tərəfdaşlardan bu bəyanatın dəstəyini gözləyir", - Mirzoyan belə deyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!