Modern.az

Macarıstan İrəvanda konsulluq açmaq istəyir

Macarıstan İrəvanda konsulluq açmaq istəyir

Dünya

27 Oktyabr 2023, 13:00

Macarıstan Ermənistanın paytaxtı İrəvanda konsulluq açmaq istəyir.

 

Modern.az xəbər verir ki, bu təklifi Macarıstan xarici işlər naziri Peter Siyarto oktyabrın 27-də İrəvanda Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşdə səsləndirib.

 

P.Siyarto Ermənistana humanitar yardımlar, bu ölkə ilə diplomatik münasibətləri tam bərpa etməyə hazır olduqlarını da vurğulayıb.

 

Qeyd edək ki, 2012-ci ildə Budapeştlə İrəvan arasında diplomatik əlaqə kəsilib. Buna səbəb Macarıstanın Ermənistan hərbçisi Qurgen Markaryanı öldürməkdə təqsirləndirilərək ömürlük azadlıqdan məhrum edilmiş Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun Azərbaycana ekstradisiya edilməsidir.

Sizə yeni x var
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır