Modern.az

Peskov Fələstin-İsrail qarşıdurmasından DANIŞDI

Peskov Fələstin-İsrail qarşıdurmasından DANIŞDI

Dünya

27 Oktyabr 2023, 13:36

"Fələstin-İsrail münaqişəsi bütün regionda gərginliyə səbəb olur".

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

 

O, HƏMAS təmsilçilərinin Rusiyaya səfərini şərh edib: "HƏMAS nümayəndə heyətinin Moskvada nə “Kreml proqramı” var, nə də Kremllə əlaqəsi. Terrorizmin heç bir təzahürünə haqq qazandırmaq olmaz".

 

Peskov bəyan edib ki, ABŞ Hərbi Hava Qüvvələri İranın silah anbarlarına zərbələr endirdikdən sonra Rusiya ordusunun Suriyadakı münaqişəyə cəlb olunma ehtimalı ilə bağlı heç bir narahatlıq yoxdur: "Rusiya Federasiyası Fələstin-İsrail münaqişəsinin bütün tərəfləri, o cümlədən İsraillə təmasları davam etdirməyi zəruri hesab edir".

 

Peskov Krımda Ali Radanın keçmiş deputatı Oleq Tsarevə qarşı sui-qəsd cəhdini şərh etməyib və bu barədə hələ ki, məlumatının olmadığını bildirib.

 

"Putin oktyabrın 27-də Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ görüş keçirəcək", - deyə sözçü məlumat verib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!