Modern.az

BQXK Qəzzaya humanitar yardım və tibbi heyət göndərdi

BQXK Qəzzaya humanitar yardım və tibbi heyət göndərdi

Dünya

27 Oktyabr 2023, 15:06

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Qəzzaya humanitar yardım göndərib.

 

Modern.az xəbər verir ki, bu barədə BQXK-nın "X" hesabında məlumat verilib.

 

"Karvanımız Rəfah keçid məntəqəsindən keçərək Qəzzaya girib.

 

Biz təcili humanitar yardım daşıyan 6 yük maşını ilə yanaşı, hərbi cərrahiyə qrupu da daxil olmaqla, tibbi personal göndəririk", - BQXK bildirib.

 

Qeyd olunub ki, Qəzzaya tibbi materiallar, 5000 nəfərə qədər şəxs üçün nəzərdə tutulan hərbi cərrahiyə alətləri və 50 min litr içməli su üçün sutəmizləmə qurğusu göndərilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin SSRİ üçün ƏMR VERDİ - Bakını gözləyən təhlükə