Modern.az

Elazığda ZƏLZƏLƏ

Elazığda ZƏLZƏLƏ

Dünya

27 Oktyabr 2023, 15:22

Türkiyənin Elazığ vilayətində yenidən zəlzələ qeydə alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə Kandilli Rəsədxanasının rəsmi X səhifəsində məlumat yayılıb.

 

Bildirilib ki, vilayətin Maden rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 3.4 ballıq maqnituda ilə qiymətləndirilib.

 

Ocağı yerin 5 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?