Rusiya Müdafiə Nazirliyi Moskva vaxtı ilə saat 9:00 radələrində hava hücumundan müdafiə sistemlərinin Kursk vilayəti üzərində 2 pilotsuz uçuş aparatını (PUA) vurduğu barədə məlumat yayıb.
Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, açıqlamada PUA-ların Ukraynaya məxsus olduğu iddia olunub.
Bundan bir qədər əvvəl bölgənin qubernatoru Roman Starovoit sakinlərə hava hücumundan müdafiə sisteminin işləməsi barədə xəbərdarlıq edib və onları PUA-nın qalıqlarına yaxınlaşmamağa çağırıb. O, başqa təfərrüatları açıqlamayıb.