Modern.az

Yaxın Şərqdə münaqişənin genişlənməsinin qarşısını necə almaq olar?

Yaxın Şərqdə münaqişənin genişlənməsinin qarşısını necə almaq olar?

Dünya

4 Noyabr 2023, 15:46

Yaxın Şərqdə münaqişənin genişlənməsinin qarşısını necə almaq olar?

 

Modern.az "Deutsche Welle"yə istinadən xəbər verir ki, Almaniya kansleri Olaf Şolts İordaniya kralı II Abdullah ilə bu sual ətrafında müzakirə aparıb.

 

"İsraillə HƏMAS terror təşkilatı arasında münaqişənin sərhədlərinin genişlənməsinə yol vermək olmaz", - bu fikri həm Almaniya kansleri, həm də İordaniya kralı telefon danışığı zamanı bildiriblər.

 

Eyni zamanda, kansler vurğulayıb ki, Almaniya dinc sakinlərin müdafiəsi, eləcə də Qəzza zolağının əhalisinin humanitar yardıma çıxışının tərəfdarıdır və münaqişənin həlli “yalnız iki dövlətin birgə yaşamasından ibarət ola bilər”.

Sizə yeni x var
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək