Modern.az

Ətin zərərləri barədə də siqaret kimi mesaj yazılmalıdır - Alimlər

Ətin zərərləri barədə də siqaret kimi mesaj yazılmalıdır - Alimlər

Dünya

4 Noyabr 2023, 16:50

Elm adamları ətə siqaret kimi qorxulu mesajlar yazmağı təklif ediblər.

 

Modern.az "Bild"ə istinadən xəbər verir ki, Dürheym Universitetinin (Böyük Britaniya) tədqiqatçıları siqaret qutularına bənzər ət məhsullarına qorxulu mesajlar və fotoşəkillər tətbiq etməklə təcrübə aparıblar.

 

Alıcılara xəbərdarlıq edilib ki, ət istehsalı iqlim dəyişikliyinə, xəstəliklərin yayılmasına səbəb olur, piylənmə, ürək-damar xəstəlikləri, xərçəng və diabet riskini artırır.

 

Tədqiqatda hamısı əti sevən 1001 nəfər iştirak edib. Alimlər “Appetite” elmi jurnalı üçün yazdığı məqalədə bildirib ki, qorxulu şəkillər sayəsində ət istehlakı 7-10% azalıb.

 

Müəlliflərin fikrincə, ət məhsullarının təhlükələri ilə bağlı xəbərdarlıqlar onların istehlakını azaltmağa kömək edə bilər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək