Modern.az

Zəlzələdə ölənlərin sayı 157-yə çatdı

Zəlzələdə ölənlərin sayı 157-yə çatdı

Dünya

4 Noyabr 2023, 17:46

Nepalda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 157-yə çatıb, daha 170 nəfər xəsarət alıb.

 

Modern.az xəbər verir ki, bu barədə Nepal Baş Polis İdarəsinin mətbuat xidməti X-də bildirib.

 

Nepal Polisi daha əvvəl zəlzələdən zərər çəkmiş yaşayış məntəqələrinin çoxu ilə əlaqənin çətin olduğu üçün qeydə alınan itkilərin sayının artacağını gözlədiklərini bildirib.

 

Nepal Monitorinq və Tədqiqat Mərkəzi noyabrın 3-də yerli vaxtla saat 23:47-də zəlzələ qeydə alıb. ABŞ Geoloji Xidmətinin məlumatına görə, maqnituda 5.6, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə 6 bal təşkil edib.

 

Yeraltı təkanlar episentrdən 800 kilometr məsafədə yerləşən Yeni Dehlidə hiss olunub. Zəlzələnin episentri Nepalın paytaxtı Katmandudan 400 kilometr aralıda yerləşən Cayarkot rayonunda olub.

Sizə yeni x var
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...