Modern.az

Ukrayna Avropa İttifaqına üzv olmaq yolunda irəliləyiş əldə edib

Ukrayna Avropa İttifaqına üzv olmaq yolunda irəliləyiş əldə edib

Dünya

4 Noyabr 2023, 23:30

Ukrayna Avropa İttifaqına üzv olmaq yolunda nəzərəçarpacaq irəliləyiş əldə edib.

 

Modern.az xəbər verir ki, bu fikri Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirdiyi brifinqdə Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen deyib.

 

“Deməliyəm ki, siz çox gözəl irəliləyiş əldə etmisiniz. Gələn həftə Komissiya genişlənmə ilə bağlı hesabatını təqdim edəndə bunu təsdiq edəcəyik”, - deyə xanım Lyayen vurğulayıb.

 

Fon der Lyayen qeyd edib ki, Aİ Ukraynanın müharibənin ortasında həyata keçirdiyi islahatlara heyran qalıb: “Unutmamalıyıq ki, siz öz varlığınız üçün müharibə aparırsınız. Eyni zamanda, siz ölkənizdə dərin islahatlar aparırsınız. Siz ədliyyə sistemində islahatlar aparırsınız, oliqarxların təsiri ilə mübarizə aparırsınız, çirkli pulların yuyulması ilə mübarizə aparırsınız”.

 

Avropa Komissiyasının sədri qeyd edib ki, Ukrayna böyük islahatları başa çatdırmaq mərhələsindədir: “Bu baş verərsə, əminəm ki, Ukrayna üzvlük prosesinin növbəti mərhələsinə keçməklə bağlı məqsədinə çatacaq”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək