ABŞ dövlət katibi Antoni Blinken İordaniya, Səudiyyə Ərəbistanı, Misir, BƏƏ, Qətər xarici işlər nazirləri, eləcə də Fələstin nümayəndəsi ilə görüşüb.
Modern.az xəbər verir ki, Blinken Qəzza zolağında atəşkəs rejiminin tətbiqinin tərəfdarı olmadığını bildirib.
Onun fikrincə, Qəzzada atəşkəs HƏMAS hərəkatının döyüşçülərinə yenidən toparlanmağa və İsrailə qarşı yeni hücumlar təşkil etməyə kömək edəcək.
"Heç bir ölkə, heç birimiz bunu dəstəkləməyəcəyik. Buna görə də İsrailin özünü müdafiə etmək hüququnu və məsuliyyətini təsdiqləmək vacibdir", - deyə dövlət katibi bildirib.