Modern.az

Blinken Hakan Fidanla nələri müzakirə etdi...

Blinken Hakan Fidanla nələri müzakirə etdi...

Dünya

6 Noyabr 2023, 19:05

ABŞ dövlət katibi Entoni Blinken Türkiyə xarici işlər naziri Hakan Fidanla görüşü barədə məlumat yayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Blinken "X" hesabında yazıb.

 

"Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə İsrail-HAMAS münaqişəsinin yayılmasının qarşısının alınması, mülki əhalinin qorunması və humanitar yardımın artırılmasının zəruriliyi barədə danışdıq. Biz həmçinin İsveçin NATO-ya daxil olması və qlobal problemlərin həllində tərəfdaşlığımızın əhəmiyyətini müzakirə etdik", - o bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bağçalıdan Azərbaycana dəstək - Ərdoğan nazirini Bakıya göndərir