Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnının köməkçisi Gennadi Çastyakov ad günündə hücuma məruz qalıb.
Modern.az xəbər verir ki, bu barədə Zalujnı özü məlumat yayıb.
Onun aldığı hədiyyələrdən birində partlayıcı qurğu gizlədilib.
“Ukrayna Silahlı Qüvvələri üçün və şəxsən mənim üçün izaholunmaz ağır itki. Bu gün faciəvi şəraitdə, ad günümdə köməkçim və yaxın dostum, mayor Gennadi Çastyakov ailəsi ilə birlikdə dünyasını dəyişdi. Hədiyyələrdən birində naməlum partlayıcı qurğu işə düşüb”, – Zalujnı "Telegram" kanalında yazıb.
Hadisə zamanı Çistyakovun 13 yaşlı oğlu yaralanıb. Uşaq xəstəxanaya aparılıb.