Modern.az

Cənubi Osetiyada ara qarışdı: Ruslar Gürcüstan vətəndaşını öldürdü

Cənubi Osetiyada ara qarışdı: Ruslar Gürcüstan vətəndaşını öldürdü

Dünya

6 Noyabr 2023, 23:45

Cənubi Osetiyada Gürcüstan vətəndaşı Rusiya hərbçiləri tərəfindən qətlə yetirilib.

 

Modern.az xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) məlumat yayıb.

 

Hadisə Rusiya işğalı altındakı Cənubi Osetiya bölgəsinin Qori vilayətinin Kirbali kəndi ilə həmsərhəd hissəsində baş verib.

 

Məlumatda bildirilir ki, Rusiya hərbçiləri noyabrın 6-da yerli sakini qanunsuz olaraq saxlamağa çalışan atəş açaraq onu qətlə yetirib.

 

Gürcüstan Baş naziri İrakli Qaribaşvili deyib ki, hadisə həmin ərazidə təhlükəsizliyin nə qədər mürəkkəb olduğundan xəbər verir.

 

O, insidentlə bağlı bütün aidiyəti mexanizmlərin işə salındığını, Gürcüstanın beynəlxalq tərəfdaşlarının faktla bağlı məlumatlandırıldığını vurğulayıb 

 

Qaribaşvili beynəlxalq ictimaiyyəti insidentə lazımi qiymət və reaksiya verməyə çağırıb. Gürcüstan Prezidenti Salome Zurabişvili də insidentə görə beynəxlalq ictimaiyyəti Rusiyanı qınamağa çağırıb.

 

Avropa İttifaqının Monitorinq Missiyası (EUMM) Gürcüstan vətəndaşının qətlə yetirilməsini təsdiqləyib.

 

 

Sizə yeni x var
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək