Modern.az

Rusiyada yeni nazirlik YARADILIR

Rusiyada yeni nazirlik YARADILIR

Dünya

7 Noyabr 2023, 08:54

Rusiyada ümumbəşəri xoşbəxtlik haqqında qanun qəbul edilməli və müvafiq nazirlik yaradılmalıdır.

 

Modern.az Rusiya mətbuatına istinadən məlumat verir ki, bu təkliflə Federasiya Şurasının sədri Valentina Matvienko çıxış edib.

 

“Mən təklif etdim ki, gəlin Rusiyada Xoşbəxtlik Nazirliyi yaradaq. Bu idarə hər bir yeni qanun və ya yeni hökumət fərmanının insanları nə dərəcədə sevindirməsini yoxlayacaq qurum olmalıdır”, - Matvienko “Rusiya” sərgisi çərçivəsində “Bilik” cəmiyyətinin marafonunda çıxışı zamanı deyib.

 

O, bu məsələ ilə bağlı böyük dəstək qrupuna malik olduğunu qeyd edib.

 

Xatırladaq ki, hələ 2018-ci ildə Matvienko yaşlı insanlarla işləyə bilən Tənhalıq Nazirliyi yaratmağı təklif etmişdi.

Sizə yeni x var
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək