Modern.az

Döyüşlərdən sonra Qəzzada təhlükəsizliyi təmin edəcəyik - Netanyahu

Döyüşlərdən sonra Qəzzada təhlükəsizliyi təmin edəcəyik - Netanyahu

Dünya

7 Noyabr 2023, 10:26

"Döyüşlərin dayandırılmasından sonra İsrail qeyri-müəyyən müddətə Qəzza zolağında təhlükəsizliyi təmin edəcək".

 

Modern.az "Kommersant"a istinadən xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu bildirib.

 

O, ABŞ prezidenti Co Baydenin bəyanatına belə cavab verib.

 

"Düşünürəm ki, İsrail qeyri-müəyyən müddətə təhlükəsizlik üçün ümumi məsuliyyət daşıyacaq, çünki biz buna malik olmadıqda nə baş verdiyini görmüşük. Təhlükəsizliyə dair bu məsuliyyətimiz olmadığı zaman, təsəvvür edə bilmədiyimiz miqyasda HƏMAS terrorunun alovlanması ilə üzləşirik”, - Netanyahu deyib.

 

İsrail və HƏMAS arasında müharibə oktyabrın 7-dən davam edir. İsrail tərəfində 1.4 min insan həlak olub, Fələstin qurbanların sayının 10 min nəfər olduğunu açıqlayıb. Noyabrın 2-də İsrail ordusu Qəzza şəhərinin tam mühasirəyə alındığını elan edib. Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, Qəzzanın tibb müəssisələrinin 60%-dən çoxu işləmir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək