“Azadlıq” radiosunun avropalı müşahidəçisi Rikard Jozviak sosial şəbəkələrdə yazıb ki, Gürcüstan müəyyən şərtlərlə Aİ-yə üzv olmaq üçün namizəd statusu alacaq.
Modern.az xəbər verir ki, bu barədə "Exo Kavkaza" məlumat yayıb.
“27 Avropa ölkəsinin Nazirlər Kabinetinin rəhbərləri Aİ-nin genişlənməsini müzakirə etmək üçün görüşdülər. Noyabrın 7-də danışıqlar davam edəcək, lakin əsas ilkin şərtlər bəllidir: Ukrayna və Moldova Aİ-yə üzvlük danışıqlarının başlanmasını (çox güman ki, 2024-cü ilin martında) gözləyəcək və Gürcüstan növbəti mərhələyə keçmək üçün şərtlərlə namizəd statusu alacaq", - deyə o qeyd edib.
Xatırladaq ki, dünən Şərq Tərəfdaşlığı ilə bağlı bir sıra Avropa rəsmiləri Gürcüstanda səfərdə idi.