Ermənistan parlamentinin keçmiş deputatı Araqats Axoyan həbs edilib.
Modern.az xəbər verir ki, bu barədə “İradə” təşəbbüsünün üzvü Vaaqn Çaxalyan məlumat yayıb.
“Biz bir neçə siyasi məhbusun azadlığa buraxılmasına sevinən kimi rejim yenilərini həbs etməyə başladı... Bu da bizə demokratiya…”, - Çaxalyan qeyd edib.
Ermənistan İstintaq Komitəsinin rəhbərinin mətbuat katibi Qor Abramyan Araqats Axoyanın həbsini təsdiqləyib.
İstintaq Komitəsi Axoyanın həbsi ilə bağlı təfərrüatları açıqlayıb.
Məlumata görə, o, zorakılığa çağırışlar etdiyi üçün həbs edilib.
Araqats Axoyan 8 iyun 2023-cü il tarixində informasiya-kommunikasiya texnologiyalarından istifadə edərək geniş ictimaiyyət üçün əlçatan olan “Facebook” sosial şəbəkəsində siyasi baxışlarına görə bir qrup şəxsə qarşı zorakılığa çağırışlar edib.