Rusiyanın 7 regionunda fəaliyyət göstərən və ildə 2 milyard rubla qədər saxta pul çap edən böyük dəstə ifşa edilib.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) məlumatında bildirilib.
Dəstəni FTX və Daxili İşlər Nazirliyi saxlayıb.
"Rusiya Federasiyası Mərkəzi Bankının nominal dəyəri beş min rubl olan yüksək keyfiyyətli saxta pulların istehsalı və topdan satışı üzrə ixtisaslaşmış regionlararası mütəşəkkil cinayətkar dəstənin fəaliyyətinin qarşısı alınıb", - nazirliyin rəsmi nümayəndəsi bildirib.
Şübhəlilər Moskva, Sankt-Peterburq, Volqoqrad, Rostov, Beloqorod vilayətlərində, həmçinin Dağıstan və Krımda işləyiblər.
Mütəşəkkil cinayətkar dəstənin 24 üzvü saxlanılıb, barələrində ittiham irəli sürülüb və həbs qətimkan tədbiri seçilib.