Aİ Ukrayna və Moldovanın qəbulu ilə bağlı danışıqlara 2024-cü ildə başlaya bilər.
Modern.az xəbər verir ki, "Reuters" agentliyi Aİ-dəki mənbələrinə istinadənbu barədə yazıb.
Avropa Komissiyası (AK) Ukrayna və Moldovanın Aİ-yə qəbulu ilə bağlı rəsmi danışıqlara hələ 2024-cü ildə başlamaq niyyətindədir, lakin hər iki ölkənin qalan tələbləri yerinə yetirməsi şərti ilə.
Noyabrın 8-də Avropa Komissiyası Ukrayna və Moldovanın Aİ-yə namizəd statusunun alınması istiqamətində əldə etdiyi irəliləyişlərə dair növbəti hesabatını təqdim edəcək - 7 bənd. Bu hesabata əsasən, Aİ-nin 27 ölkəsinin dövlət və hökumət başçıları dekabrda keçiriləcək sammitdə Kiyev və Kişineu ilə danışıqlara başlamağın məqsədəuyğunluğu barədə qərar verəcəklər.
Bir neçə gün əvvəl AK prezidenti Ursula fon der Leyen Kiyevə səfəri zamanı bildirmişdi ki, Ukrayna planı 90% yerinə yetirib. Ukraynanın baş nazirinin Avropa və Avro-Atlantika inteqrasiyası üzrə müavini Olqa Stefanişina AK rəhbərinin bəyanatını şərh edib: “Biz nə qədər çox etsək, bir o qədər çox problemlər yaranır ki, bu da 100% icraya gətirib çıxarmayacaq”.