“Armenia Airways” 2023-cü ilin dekabrından Stavropol və İrəvan arasında birbaşa uçuşlar həyata keçirməyə başlayacaq.
Modern.az "Armenpress"ə istinadən xəbər verir ki, uçuşlar həftədə iki dəfə, çərşənbə axşamı və şənbə günləri yerinə yetiriləcək.
“Armenia Airways" Ermənistanın paytaxtına uçuşlar üçün bilet satışına başlayıb. Uçuşlar dekabrın 2-də başlayacaq. Uçuş müddəti 1 saat olaraq nəzərdə tutulub.
Uçuşa 150 sərnişin yeri tutumlu "Boeing 737-300" təyyarəsi xidmət göstərəcək. Əvvəllər Stavropoldan İrəvana 2 saatlıq məsafədə olan "Mineralnıye Vodı" hava limanından uçmaq mümkün idi.