Modern.az

Rusiya Saxalin adası ilə əlaqəni itirib

Rusiya Saxalin adası ilə əlaqəni itirib

Dünya

17 Noyabr 2023, 10:20

Bu gün Xolmsk (Saxalin) - Vanino (Xabarovsk ərazisi) dəniz keçidi bağlanıb.

 

Modern.az "Kommersant"a istinadən xəbər verir ki, Rusiyanın Saxalin vilayətinin Nəqliyyat Nazirliyindən verilən məlumata görə, buna siklon səbəb olub.

 

Nəticədə Saxalin adası ilə Rusiya arasında əlaqə kəsilib.

 

“Təsiri bütün Tatar boğazına yayılacaq siklonun yaxınlaşması ilə əlaqədar noyabrın 17-də günün ikinci yarısından etibarən Xolmsk-Vanino bərə keçidi ilə nəqliyyatın hərəkəti bağlanacaq”, - deyə bildirilib.

 

 Noyabrın 19-da bərə hərəkətinin bərpası planlaşdırılır.

 

Siklon Saxalinə güclü yağışlar, sulu qar və fırtınalı küləklər gətirəcək. Yujno-Saxalinsk meriyasının məlumatına görə, həftəsonu Saxalinin cənubunda çayların səviyyəsinin 1-2 metr kəskin qalxması gözlənilir. Primoryenin Yakovlevski rayonunda güclü qar səbəbindən Spassk-Varfolomeyevka magistralında yük maşınlarının və avtobusların hərəkəti artıq məhdudlaşdırılıb.

Sizə yeni x var
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək