Modern.az

Kiyevə raket zərbələri nəticəsində 2 nəfər ölüb, 21-i yaralanıb

Kiyevə raket zərbələri nəticəsində 2 nəfər ölüb, 21-i yaralanıb

Dünya

Bu gün, 08:19

Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevə endirdiyi raket zərbələri nəticəsində iki nəfər həlak olub, 21 nəfər yaralanıb.

Modern.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Ukrayna rəsmilərinə istinadən məlumat yayıb.

Bildirilib ki, oktyabrın 13-də həyata keçirilən hücum zamanı yaşayış binasına ziyan dəyib, şəhərin enerji infrastrukturu da hədəfə alınıb.

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, hücumların əsas hədəflərindən biri istilik elektrik stansiyası olub.

Zelenski mümkün raket hücumları ilə bağlı müttəfiqlərdən əvvəlcədən xəbərdarlıq alınmadığını da diqqətə çatdırıb.

Hadisə yerinə xilasedicilər və təcili yardım briqadaları cəlb olunub.

Qeyd edək ki, Ukraynanın enerji obyektlərinə hücumlar ölkədə elektrik və istilik təchizatının təhlükəsizliyi ilə bağlı narahatlıqları artırır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
YAP-dan Ərdoğanın partiyasına sərt etiraz - Bunu dayandırın!