"Ermənistanda rus dili populyar olaraq qalır. Əhalinin əksəriyyəti bu dili bilir".
Modern.az "Sputnik"ə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan deyib.
"Ermənistanda 63 məktəbdə rus dilinin dərindən öyrənilməsi aparılır. Onlardan 33-ü İrəvandadır. Ermənistanda universitetlərdə ilk kurslarda rus dili məcburi fənndir", - o əlavə edib.
Rubinyanın sözlərinə görə, hər il ölkədə rusşünaslıq üzrə müəllimlərin yenidən hazırlanması aparılır, elmi materiallar dərc olunur.