Modern.az

106 rus "qara siyahı"ya salındı 

106 rus

Dünya

18 Noyabr 2023, 20:56

Ukrayna prezidenti Volodimir Zelenski 106 Rusiya vətəndaşına və 37 təşkilata qarşı sanksiya tətbiq edən fərman imzalayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin mətbuat xidməti məlumat yayıb.

 

Siyahıda Krımın qondarma rəhbəri Sergey Aksenov, Luqnask separatçılarının rəhbəri Leonid Paseçnik və Dövlət Dumasının deputatı Dmitri Sablin var.

 

Sanksiya siyahısında olan təşkilatlar arasında Rosmolodej, Rospatriottsentr Federal Dövlət Büdcə Təşkilatı, Tikinti Nazirliyi, “Vahid Rusiya”nın Gənc Qvardiyası, həmçinin bir neçə xeyriyyə və könüllü təşkilatlar var.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək