Qazaxıstan hakimiyyəti ölkədə Rusiya dövlətinin nəzarətində olan televiziya kanallarını yayımlayan "Sputnik24" xidmətini bloklayıb.
Modern.az xəbər verir ki, bu barədə Qazaxıstanın "Arbat Media" nəşri yazıb.
Buna səbəb kimi Rusiya telekanallarının Qazaxıstanda fəaliyyət göstərmək üçün lisenziyasının olmaması göstərilib.
Kanalların bloklanmasına dair qərarın hələ iyun ayında imzalandığı bildirilir.